İran ilin sonuna qədər vaxt qoydu

İran ilin sonuna qədər vaxt qoydu
  17 Aprel 2015    Oxunub:1709
İran Rusiyanın S-300 zenit raket komplekslərini bu ilin sonuna qədər əldə edəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə İran İslam respublikasının müdafiə naziri, general Hüseyn Dehqan açıqlama verib.

"Rusiyanın sözügedən raketlərin İrana tədarükü barədə müqavilə imzalanacaq", - deyə müdafiə naziri bildirib.

Qeyd edək ki, aprelin 13-də Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb.

Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır.

Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi. (anspress)


Teqlər:





Xəbər lenti