Namizədlərdən heç biri lazımi səsi toplaya bilmədi

Namizədlərdən heç biri lazımi səsi toplaya bilmədi
  18 Fevral 2013    Oxunub:2029
Kiprdə keçirilən prezident seçkisində namizədlərdən heç biri 50 %-lik səs baryerini keçə bilməyib. İkinci mərhələnin fevralın 24-də keçiriləcəyi bildirilir
Kiprdə keçirilən prezident seçkisində isə namizədlərdən heç biri 50 %-lik səs baryerini keçə bilməyib. Birinci mərhələdə 11 namizəd mübarizə aparıb. Onlardan müxalifətdəki «Demokratik Yığım» partiyasının sədri, 66 yaşlı vəkil Nikos Anas-ta-sia-dis qələbə qazana bilməsə də, 43.3 % səslə birinci yerdə olub. Solçu qüvvələrin namizədi Stav-ros Malas isə 27.1 % səs qazanıb. Seçkinin ikinci mərhələsində mübarizə məhz bu iki namizəd arasında gedəcək. İkinci mərhələnin fevralın 24-də keçiriləcəyi bildirilir.


Teqlər:





Xəbər lenti