Putin Rusiyanın düşmənlərinin adını açıqladı - (CANLI YAYIM)

Putin Rusiyanın düşmənlərinin adını açıqladı  - (CANLI YAYIM)
  16 Aprel 2015    Oxunub:15049
Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziyada ənənəvi olaraq birbaşa yayımla sualları cavablandırır.

(17:58)

Bununla da, Rusiya prezidenti Vladimir Putinlə ənənəvi “Birbaşa xətt” verilişi başa çatdı. Veriliş ümumilikdə 3 saat 57 dəqiqə davam edib. Rusiya prezidentinə bu il rekord sayda - 3 milyondan çox sual ünvanlanıb.


(17:13)

Rusiya prezidenti İŞİD (İraq və Şam İslam Dövləti) barədə də danışıb. Onun sözlərinə görə, İŞİD ABŞ-ın müdaxilə etdiyi İraq torpaqlarında yaranıb. Putin ölkəsi üçün İŞİD-dən birbaşa təhlükə görmədiyini açıqlayıb. Eyni zamanda o, terror təşkilatına Rusiya vətəndaşlarının cəlb olunmasına görə, narahatlıq keçirir. Prezidentin sözlərinə görə, bu istiqamət üzrə Rusiya xüsusi xidmət orqanları işlər görür.


(16:47)

Putin Qərblə münasibətlərin bərpa edilməsindən danışarkən bildirib ki, Rusiya onları pozmayıb. Biz həm şərqdə həm də Qərb də ki bütün ölkələrlə normal münasibətlər olmasını istəyirik. Qərblə münasibətlərin normalaşdırılmasının əsas şərti Rusiyaya və onun maraqlarına hörmətdir”.

ABŞ barədə danışan Rusiya lideri vurğulayıb ki, ABŞ-a tərəfdaşlar deyil, vassallar lazımdır. Rusiya isə özünün bu cür münasibətlərdə görmür.

Rusiyanın düşmənləri varmı suala Putin cavablandırarkən bildirib: “Biz heç kimi düşmən saymırıq. Biz böyük inkişaf potensialı, böyük təbii resursları olan ölkəyik... Ona görə də bizim düşmənimiz və ya dostumuz olmaq olduqca şərəflidir. Lakin ciddi olsaq onda mən düşmənləri saydım. Bu beynəlxalq terroristlər, cinayətkarlar qruplar və s”.


(15:51)

Rusiya lideri Putin Ukraynadakı vəziyyətdən də danışıb. Rusiya lideri qeyd edib ki, bugünkü Ukrayna rəhbərliyi xeyli sayda səhvlər edir: “Bunun ağır fəsadaları olacaq. Lakin bu prezident və hökumətin seçimidir”.

Putin vurğulayıb ki, Rusiya Ukraynanın daxili işlərinə qarışmaq niyyətində deyil, ancaq öz fikrini deyəcək.

Pyotr Poroşenko cinayətkardır, onunla ünsiyyətinizi kəsmək kimi arzunuz olubmu sualını Putin belə cavablanıdırıb: “Yox, əlbəttə. O, seçilib. Onun şansı var idi ki, Donbasla danışıqlar aparsın. Amma o, döyüşə başladı. Bir neçə dəfə. Hər dəfə də faciə ilə nəticələndi... Biz istəyirik ki, Minsk razılaşmasına əməl etsin.Donbasda vəziyyəti yaxşılaşdırmaqla bağlı heç bir irəliləyiş görmürəm. Donbas blokadadır –bank sistemi və s.)
Putin həmçinin Ukrayna və rus xalqını ayırmadığını bildirib: “Onların İkisi bir xalqdır”.

Rusiya lideri qeyd edib ki, Ukraynanın şərqində Rusiya qoşunları yoxdur.


(15:43)

Rusiya sakinlərindən biri Putinə qeyri-adi sual ünvanlayıb: “Mənim sizdən belə bir xahişim var. Rəfiqəmin aprelin 25-i ad günüdür. Onun 40 yaşı olacaq. Rəfiqəm ona it hədiyyə edilməsini istəyir. Biz ona it hədiyyə etməyə hazırıq. Onun ərisi isə evdə itin saxlanılmasının əleyhinədir. Ehtiyatda olan polkovnikdir, bütün hərbçilərimiz kimi cəsurdur. Lakin o, Ali baş komandanın xahişini yerə salmaz. Zəhmət olmasa. Sadəcə ona deyin: “Boris sən düz eləmirsən. Həyat yoldaşına it saxlamağa icazə ver”.

Biz artıq hər şeyi yoxlamışıq. Arzular reallaşmalıdır. Hörmətlə, Yelena”.

Rusiya lideri Yelenanın bu istəyini yerinə yetirib və Borisdən yoldaşına it saxlamağa icazə verməsini xahiş edib.

***

(15:26)

Putin İrana S300 raketlərinin satılmasından da söz açıb. Qeyd edib ki, 2008-ci ildə İrana bu raket komplekslərinin satılması onun əmri ilə dayandırılıb.

“Artıq İran və Qərb arasında nüvə razılaşması məsələsi əldə olunub və bu ilin yay aylarında nüvə razılaşmasının imzalanacağı gözlənilir. Rəsmi Tehran İranın nüvə proqramı məsələsində kompromislərdə böyük çeviklik göstərir. Ona görə də, İrana S-300 tipli raketlərin satılması barədə qərar qəbul edib. İrana S-300 raket sistemlərinin göndərilməsi BMT -nin sanksiyası ilə qadağan olunmayıb”.

Rusiya Federasiyasında istehsal edilən S-300 raketlərinin qiyməti 1 milyard dollara yaxındır, 900 milyon dolardır. Hələ heç kim bunun pulunu ödəməyib”.

Onun sözlərinə görə, raket-zenit kompleksini embarqo üzündən İrana satmaq mümkün olmayıb.

Rusiya lideri hesab edir ki, S-300 raketlərinin İrana satılması “İsrail üçün təhlükə törətmir”.

***
14:44
Rusiyadakı böhrandan danışan Putin vurğulayıb ki, ümumilikdə ölkə ərazisində qiymətlərin aşağı düşməsi prosesi başlayıb: “Düzdür rubl heç də bütün regionlarda möhkəmlənməyib. Lakin rubl neftin qiymətinin qalxmasından daha sürətli formada möhkəmlənir.

***

Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan danışıb. Prezident Qərbin sanksiyalarından qorxmadığını bildirib:

“Çətin ki, onlar bu il ləğv olunsun. Bu Rusiyanın zəiflədilməsi üçün irəli sürülən strateji məsələlərdir. Rusiya sanksiyalara dözməməlidir, əksinə onlardan yeni inkişaf mərhələlərinə çıxmaq üçün istifadə etməlidir”.

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır.

Həftə ərzində Rusiya liderinə 2 milyon 386 min sual ünvanlanıb.



Qeyd edək ki, 2014-cü ildə “Rusiya prezidenti ilə birbaşa xətt” verilişi aprelin 17-i baş tutub və 3 saat 56 dəqiqə davam edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti