Yəhudilər Kardaşyanı niyə sildilər? - FOTO

Yəhudilər Kardaşyanı niyə sildilər? - FOTO
  16 Aprel 2015    Oxunub:3822
Yəhudi xəbər saytı “Hakikar” Qüdsdə səfərdə olan erməni əsilli tele-ulduz Kim Kardaşyana senzura tətbiq edib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı, reper Keni Uestlə Qüdsə gedən Kim Kardaşyan şəhərin bələdiyyə sədri Nir Barkatla görüşüb və restoranların birində yemək yeyiblər. Yəhudiliyə görə halal hesab olunan yeməkləri yeyən Nir Barkat və qonaqlar barədə xəbəri “Hakikar” xəbər saytı da yayıb. Sayt onların 3-nün bir yerdə çəkilmiş fotosunda Kim Kardaşyanın görüntüsünü gizlədib, mozaik verib.

Sayt bu addımını teleulduzun görüntüsünün təhrikedici olması ilə izah edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti