Rza Zərrab `Beşiktaş`a 1,2 milyon ödəyəcək

Rza Zərrab `Beşiktaş`a 1,2 milyon ödəyəcək
  15 Aprel 2015    Oxunub:1931
Türkiyəli iş adamı Rza Zərrab “Beşiktaş” futbol klubunun yeni stadionu “Vodafon Arena”da aldığı loja üçün 1 milyon 200 min türk lirəsi (445 min dollar) ödəyəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı lojanı üç il istifadə edə biləcək.

İran əsilli iş adamının bu addımı isə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə “çArşı” qrupunun üzvləri onu sərt tənqid edib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) “Beşiktaş”da bir qolu kimi qəbul olunan “1453 qartalları” qrupu isə onun kluba üzv olmasını istəyib.

Rza Zərrabın “Beşiktaş” futbol klubuna üzv olacağı və onun səhmlərini alacağı barədə şaiyələr yayılsa da onların heç biri təsdiqini tapmayıb.

“Beşiktaş” futbol klubunun vəkili Rza Dizdar isə iş adamının bu addımını sərt tənqid edib:

“Beşiktaş” bu adamlara qalacaq klub deyil. Adı çəkilən şəxs istədiyi vaxt bilet alıb oyuna gələ bilər. Türkiyə Cümhuriyyəti vətəndaşıdırsa, kluba üzvlük üçün müraciət edə bilər və biz də cavab verərik. Düşünürəm ki, “Beşiktaş”da əksəriyyət onun üzvlüyünə qarşı çıxacaq”.

Qeyd edək ki, Rza Zərrab Türkiyədə 2013-cü ilin dekabrında İstanbul baş prokurorluğunun rüşvət və qaçaqmalçılıq əleyhinə keçiridiyi əməliyyat zamanı həbs olunmuşdü. Bank hesabları dondurulan və bir müddət həbsdə qalan iş adamı daha sonra azadlığa buraxılmış və bankda dondurulan pulları faizi ilə birlikdə geri qaytarılmışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti