Obamadan Kuba ilə bağlı tarixi qərar

Obamadan Kuba ilə bağlı tarixi qərar
  15 Aprel 2015    Oxunub:1464
ABŞ prezidenti Barak Obama Kubanı terorru dəstəkləyən ölkələr siyahısından çıxarmağı təklif edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi Coş Ernestin yaydığı açıqlamaya görə Obama Kubanın terroru dəstəkləyən ölkələr siyahısından çıxarılmasına dair hesabatı və təsdiqnaməni Konqressə göndərib.

Ernest bildirib ki, milli təhlükəsizlik əməkdaşlarının araşdırmalarından sonra dövlət katibi Con Kerri Kubanın adı çəkilən siyahıdan çıxarılması üçün lazımi şərtlərin olduğuna qərar verib:

“Dövlət katibinin də qeyd etdiyi kimi Kuba ilə aramızda həmişə fərqlər olacaq. Kubanın yürütdüyü siyasət və atdığı addımlarla bağlı narahatlıqlarımız olsa da, bu, həmin ölkənin terrora dəstək verən ölkə kimi tanınmasına aid olmayan məsələlərdir”.

Qeyd edək ki, ABŞ Kubanı 1982-ci ildə terrora dəstək verən ölkələr siyahısına daxil etmişdi.
Məlumat üçün bildirək ki, ABŞ qanunvericiliyinə görə, prezidentin hər hansısa ölkəni terroru dəstəkləyən ölkə siyahısından çıxarması üçün bununla bağlı hesabatı və təsdiqnaməni 45 gün əvvəldən Konqressə göndərməlidir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti