“Terminator” geri dönür – VİDEO

“Terminator” geri dönür – VİDEO
  14 Aprel 2015    Oxunub:2809
“Paramount Pictures” şirkəti internetdə “Terminator: Genezis” filminin yeni treylerini yayımlayıb.
AzVision.az xəbər verir ki, film iyul ayının ikisindən etibarən kinoteatrlarında nümayiş etdiriləcək.

Yeni rolikdə bir neçə ekşen səhnələr öz əksini tapıb.

“Terminator: Genezis”in yeni treylerində həmçinin kiborq-qatil rolunu oynayan Arnold Şvartsnegger gələcəkdən yenicə gələn gənc oxşarı - “Terminatorla” qarşılaşacaq. Sonuncu kompüter qrafikası vasitəsilə yaradılıb.

Alan Teylorun filmi “Terminator” franşizanı yenidən başladır. Filmdə baş rolları Arnold Şvartsnegger, Emiliya Klark, Ceyson Klark və Cay Kortni oynayıb. Studiya ümumilikdə filmin çəkilişlərinə 170 milyon dollar pul xərcləyib.

AzVision.az filmin treylerini oxuculara təqdim edir:


Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti