“Qarabağ həqiqətən Avropanı narahat edir” – Prezident

“Qarabağ həqiqətən Avropanı narahat edir” – Prezident
  13 Aprel 2015    Oxunub:1949
Dağlıq Qarabağ məsələsi həqiqətən Avropanı narahat edir.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser bildirib.

“Qarabağ məsələsi Avropa Şurasının 47 üzv ölkələrindən ibarət ailəsinin vətəndaşlarına aid olduğundan bu problem həqiqətən bizim hamımızı narahat etməlidir. Dialoq yeganə çıxış yoludur. Münaqişənin həlli məhz dialoq vasitəsilə tapılmalıdır”, - deyə AŞPA rəhbəri vurğulayıb.

Münaqişənin nizamlanması prosesinə öz töhfəsini vermək məqsədilə AŞPA Dağlıq Qarabağ məsələsi üzrə hesabat hazırlayacaq. Prezidentin sözlərinə görə, bu sənəd ATƏT-in Minsk qrupunun prosesinə mane olmayacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti