Türkiyəni ayağa qaldıran olayın görüntüləri - VİDEO

Türkiyəni ayağa qaldıran olayın görüntüləri - VİDEO
  03 Aprel 2015    Oxunub:3640
Türkiyədə prokuror Mehmet Kirazın girov götürüldüyü terror hadisəsinin görüntüləri yayılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların İstanbul Ədliyyə İdarəsinə girişi, prokuror Mehmet Kirazın xidməti otağın necə daxil olmaları müşahidə kamerlaları vasitəsilə anbaan qeydə alınıb.

Qeyd edək ki, terrorçular İstanbul Ədliyyə İdarəsinə daxil olarkən saxta vəkillik vəsiqəsindən istifadə ediblər. Onlar binaya daxil olarkən şübhə çəkməmək üçün vəkil libasında olublar. Onları otağa girdikdən sonra terrorçular qapını arxadan bağlasa da prokuror yardım düyməsinə basaraq kömək çağırıb. Amma qapı bağlı olduğundan təhlükəsizlik əməkdaşları içəri daxil ola bilməyiblər. Terrorçular prokurorun başına silah dirəyərək tələbələri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini deyiblər. Baş verən hadisədən sonra polis binanı mühasirəyə alıb. Giriş və çıxışlar tutulub. Ədliyyə binasına giriş tamamilə bağlanıb və bura xüsusi qrup göndərilib.

Daha sonra keçirilən əməliyyat zamanı 3 terrorçu öldürülüb. Prokuror yaralı halda xilas edilib. Vəziyyət ağır olan Mehmet Səlim Kiraz dünyasını dəyişib.

Öldürülən terrorçular İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləridirlər. Onların prokuroru girov götürməsi “Gəzi parkı” olayı ilə bağlıdır.



AzVision.az


Teqlər:  





Xəbər lenti