Acun azərbaycanlı modeli məhkəməyə verir
Məsələ ilə bağlı Kulisə danışan Merlin Təranə "İşte Benim Stilim"" verilişinə həm maliyyə, həm də səhhəti ilə bağlı problemlərə görə qatıla bilmədiyini deyib: "Verilişin çəkilişləri gözlədiyimdən də artıq tez başladı və işlərimi yoluna qoya bilmədim. Əgər ciddi bir səbəb gətirməsəm məni məhkəməyə verə bilərlər. Çünki yarışmaya seçilən 13 qızdan biriyəm. Qatılmaqdan imtina etdiyim üçün onlar pis vəziyyətdə qalırlar. Buna görə, xəstəlik kağızımı aparmışam. Onlara təqdim edib bildirmişəm ki, həkimlər verilişdə iştirak etməyimi qadağan edib".
Model daha sonra səhhətinin normallaşdığını bildirib.
Qeyd edək ki, Merlin Təranə Azad Azərbaycan televiziyasında yayımlanan "Özünə bax" moda verilişinin qalibi olub.
Teqlər: