Qəzaya uğrayan gəmidən 63 nəfər xilas edildi

Qəzaya uğrayan gəmidən 63 nəfər xilas edildi
  03 Aprel 2015    Oxunub:1314
Oxot dənizində Rusiyanın "Uzaq Şərq" adlı böyük balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 56 nəfər ölüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 12 saatdan çox sürən axtarış-xilasetmə tədbirləri nəticəsində 63 nəfər xilas edilib.

Xilas edilən dənizçilərin vəziyyəti ağırdır. Həmçinin 13 nəfərin taleyinin hələlik naməlum qaldığı bildirilir.

Qeyd edək ki, Oxot dənizində gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.

Gəminin heyəti arasında 7 nəfər azərbaycanlı da olub. Onlardan artıq 4 nəfər xilas olunub.


Teqlər:





Xəbər lenti