56 nəfərin öldüyü 30 milyonluq gəmi - FAKTLAR

56 nəfərin öldüyü 30 milyonluq gəmi - FAKTLAR
  02 Aprel 2015    Oxunub:6195
Rusiyanın Oxot dənizində batan “Dalniy Vostok” traulerinin dəyərinin təxminən 30 milyon dollar olduğu açıqlanıb.

Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

“Həmin ildə hazırlanan və o tipdə olan, dondurucu avadanlıqlar quraşdırılaraq modernləşdirilən gəminin qiyməti bazarda ən azı 30 milyon dollar qiymətləndirilir”, - deyə mənbə “TASS”-a bildirib.

Bu tip gəminin yenidən qurulması minimum 40 milyon dollara başa gəlir. Maksimal komplektasiyada isə belə gəminin dəyəri 60-65 milyon dollar dəyərində qiymətləndirilir.

1974-2011-ci illərdə Qara dəniz gəmiqayırma zavodunda bu tipdə 113 gəmi hazırlanıb. Gəminin uzunluğu 104,5 metr, eni 16 metr, gəminin suya otuma dərəcəsi isə 5,9 metrdir.

Qeyd edək ki, bu gün Oxot dənizində Rusiyaya məxsus gəmi batıb. Son məlumatlara əsasən gəminin batması nəticəsində ölənlərin sayı 56-ya çatıb. Son məlumatlara əsasən 63 nəfər xilas edilib.

Hazırda gəminin göyərtəsində olan 15 nəfərin axtarışı davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi ehtimal olunur.

Xilasetmə əməliyyatları ilə bağlı hadisə yerinə 26 gəmi göndərilib.

Məlumata əsasən gəmi batan zamanı onun göyərtəsində olan azərbaycanlılar bunlardır:

Məhəmməd Səfər oğlu Səfərov (12.02.1964)
Muradəli Qurban oğlu Məhərrəmov (09.04.1987)
Elman Sərdan oğlu Əliyev (17.10.1964)
Mayilağa Ulduz oğlu Talıbov (28.12.1964)
İmaməddin Hidayət oğlu Sadıqov (23.02.1969)
Fazil Bilal oğlu Şakirov (23.10.1959)
Yaşar Sərdan oğlu Əliyev (13.03.1975)

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti