54 nəfərin öldüyü gəmidə 7 azərbaycanlı var - YENİLƏNİB
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.
Hadisə baş verən zaman gəminin göyərtəsində 78 Rusiya vətəndaşı və 54 xarici vətəndaş olub. Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117-i xilas edilsə də, 54 sərnişin həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, xilas olanlar artıq Maqadana göndərilib.
Xilasetmə əməliyyatları ilə bağlı hadisə yerinə 26 gəmi göndərilib.
Gəmidə Rusiya, Litva, Myanma, Ukrayna və Vanuatu vətəndaşlarının olduğu bildirilir.
***
Rusiya FHN-in yaydığı məlumata görə, qəzaya uğrayan “Dalniy Vostok” traulerində 7 azərbaycanlı olub.
Eldar Tanrıverdiyev
AzVision.az