Ermənipərəst senator istefa verdi - korrupsiya ittihamı
Məlumata görə, Robert Menendesi komitədə tutduğu vəzifədə Demokrat Partiyasından olan Barbara Bokser və ya Benjamin Kardin əvəz edə bilər.
Bundan əvvəl Robert Menendesin vəzifəsindən istefa verməkdən imtina etdiyi bildirilmişdi.
Robert Menendesə qarşı korrupsiya ittihamları ilk dəfə mart ayında gündəmə gəlib. O tanışı Demokrat partiyasının donoru, həkim oftalmoloq Salomon Melgenə kömək etmək üçün vəzifə səlahiyyətlərindən istifadə etməkdə şübhəli bilinir. Ədliyyə Nazirliyində iddia edirlər ki, bu “xidmətlər”ə görə Robert Menendes müntəzəm olaraq bahalı bəxşişlər, o cümlədən, heç bir ödəniş etmədən hava nəqliyyatından istifadə imkanı əldə edib.
Qeyd edək ki, 62 yaşlı Robert Menendes ermənipərəst mövqeyi ilə seçilir.