Öldürülən prokurorun xatirəsi əbədiləşdirilir

Öldürülən prokurorun xatirəsi əbədiləşdirilir
  02 Aprel 2015    Oxunub:1678
Dünən İstanbulun Çağlayan Ədliyyə Sarayında yaşanan terror aktında həlak olan prokuror Məhmət Səlim Kirazın adı əbədiləşdiriləcək.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, prokurorun adı Çağlayan Ədliyyə Sarayına veriləcək. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu prokurorun dəfnindən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Çağlayan Ədliyyəsinin adı dəyişdirilərək Məhmət Səlim Kiraz Ədliyyə Sarayı olacaq.


Teqlər:  





Xəbər lenti