ATƏT-in “Bakı-2015” planı baş tutmadı

ATƏT-in “Bakı-2015” planı baş tutmadı
  01 Aprel 2015    Oxunub:1973
ATƏT-in Minsk qrupu həmsədrləri 24 aprel qondarma “erməni soyqırım”ı və Bakıda keçiriləcək I Avropa Oyunları zamanı təmas xəttində tam şəkildə atəşkəsin təmin edilməsi üçün səylər göstəsə də bu məsələdə əhəmiyyətli nəticələrə nail olmayıblar.

AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Qafqaz İnstitunun direktoru Aleksandr İsgəndəryan bildirib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanadakı görüşü barədə danışan İsgəndəryan qeyd edib: “Bu onların işidir. Onlar Qarabağ münaqişəsini müzakirə üçün təyin olunublar. “Erməni soyqırım”nın bu məsələyə aidliyi varmı? Bəli, var. Məndə olan məlumata görə, aprelin 24-ü və Azərbaycanda Olimpiya Oyunlarının keçirildiyi vaxt təmas xəttində tam şəkildə atəşkəsə əməl edilməsi haqqında razılaşmanın əldə edilməsinə cəhd edilib. Şayiələr gəzir ki, əhəmiyyətli nəticələr əldə edilməyib. Aydındır ki, onlar bu məsələdə konsensusa gəlməyə cəhd edəcəklər”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti