Türkiyədə terror qorxusu - Nazirdən açıqlama

Türkiyədə terror qorxusu - Nazirdən açıqlama
  31 Mart 2015    Oxunub:1748
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ölkənin İstanbul, Ankara, İzmir, Kocaeli, Bursa və daha bir neçə şəhərində elektrik enerjisinin kəsilməsi ilə bağlı açıqlama verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu gün yerli vaxtla 10:36-da baş verən hadisənin səbəbinin dəqiq məlum olmadığını deyib:

“Saat 10:36-da sistem çökdü. Səbəb isə dəqiq bəlli deyil, bu, ötürücü xətlərdən də qaynaqlana bilər. Terror ehtimalı azdır, yoxsa yox, bunu mən dəqiq deyə bilmərəm. Səbəbini belə izah etməyim düzgün deyil. Əməliyyat səhvi, yoxsa kiberhücum olub-olmadığı araşdırılır. İndiyə qədər belə hadisə olmayıb”.

Nazir bəzi şəhərlərə artıq elektrik enerjisinin verildiyini vurğulayıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti