Şiələrə qarşı yönəlmiş ikinci `ərəb baharı` - TƏHLİL

  31 Mart 2015    Oxunub : 17116
Şiələrə qarşı yönəlmiş ikinci `ərəb baharı` - TƏHLİL
(2-ci yazı. Əvvəlki hissəni BURADAN oxuya bilərsiniz)

Səudiyyə Ərəbistanının başçılıq etdiyi Küveyt, Bəhreyn, Qətər, İordaniya, Pakistan və Misirdən ibarət koalisiya Yəmənə qarşı genişmiqyaslı hərbi hava əməliyyatları keçirdilər. Əməliyyatlar qiyamçı Husidlərin hərbi obyektlərinə aviozərbələr endirilməklə başlayıb. Lakin koalisiya qüvvələrinin Yəməndə yerüstü əməliyyatlara keçəcəkləri də istisna olunmur.


Amerika ərəb koalisiyasının hücumlarını dəstəkləyir və hərbi əməliyyatların aparılması üçün kəşfiyyat məlumatlarının verilməsi ilə köməklik göstərəcək. Koalisiya qüvvələri rəsmi olaraq hücumun səbəbini hakimiyyətdən kənarlaşdırılmış prezident Əbd Rəbbu Mənsur Hadinin qanuni hakimiyyətini bərqərar etmək olduğunu bildirirlər. Bir çox ekspertlər iddia edir ki, qiyamçı Husidləri İran dəstəkləyir və şiələrin Yəməndə hakimiyyətinin bərqərar olmasına çalışır.

Keçmiş prezident Saleh hər nə qədər balanslaşdırılmış siyasət yürütməyə çalışsa da, şiə idi və “şiə oxu”nun lideri olan İranla hesablaşırdı. Hüseyn əl-Hüsinin rəhbərliyi ilə yaradılmış “Ənsər Allah” təşkilatı da, İran tərəfindən Saleh hakimiyyətinə təzyiq göstərmək məqsədilə qurulmuşdu.

Səudiyyə Ərəbistanı isə öz növbəsində “Əl Qaidə Ərəbistan Yarımadasında” adlı hərbi qruplaşmanın Yəməndə yerləşdirilməsinə nail olmuşdu. Bu təşkilat rəsmi olaraq bəyan edir ki, Səudiyyə Ərəbistanında monarxiyanın devrilməsi uğrunda mübarizə aparır. Ər-Riyad Yəməndə yerləşmiş terror təşkilatının özünə qarşı təhlükə mənbəyi olduğunu dəfələrlə bəyan etmişdi və Əl-Qaidəçilərə qarşı hərbi mübarizəyə başlayacağı ehtimalını istisna etmirdi. Yəni Ərəbistanın Yəmənə müdaxilə etmək üçün çoxdan bəhanəsi mövcud idi. Yəmənin Ər-Riyad tərəfindən işğalı səudilərin nəhayət ki, birbaşa olaraq Ərəbistan dənizinə, yəni dünya okeanına şəriksiz çıxışını təmin edir.

Belə bir qənaətə gəlmək olar ki, “ərəb baharı” əslində spontan şəkildə baş vermiş demokratik dəyişikliklərin həyata keçirilməsi məqsədini güdən etiraz aksiyaları deyil, süni şəkildə təşkil olunmuş və əsas tranzit xətlərini şiələrin əlindən almağa hesablanmış plandır.

Yəməndə bu planın birinci mərhələsi Salehin hakimiyyətdən devrilməsi, əvəzində isə Mənsur Hadinin prezident seçilməsi oldu. Salehə hətta toxunulmazlıq da tam təmin olundu ki, hakimiyyəti əlavə çətinliklər yaratmadan təhvil versin. Hakimiyyətə gələn Mənsur Hadi bir müddətdən sonra ölkəsində vəziyyətin gərgin olduğunu, `Əl-Qaidə` ilə mübarizə üçün xarici müdaxilənin tələb olunduğunu bəyan etməyə başladı və rəsmi şəildə Ərəb Ölkələri Liqası və BMT-ə müraciət ünvanladı.

Faktik olaraq Mənsur Hadi Yəmən qalasının qapısınının açarını Səudiyyə Ərəbistanına verdi. Bu müraciətdən sonra Ər-Riadın Yəməni işğal planını uğurla başa vurmaq üçün Əl-Qayda ilə mübarizə aparmaq adı altında qoşunlarını bu ölkəyə yerləşdirilməsi qalırdı. İşğalın legitimliyi artırmaq üçün Küveyt, İordaniya və s. kimi ölkələrdən özü üçün tərəfdaş da seçə bilərdi. Təbii ki, Ər-Riad öz balası olan “Əl-Qaydanı” tez bir zamanda zərərsizləşdirəcəkdi və qoşunları uzun illər təhlükəsizliyi təmin etmək məqsədilə Yəməndə yerləşdiriləcəkdi.

Lakin səudilər bir mühüm faktoru nəzərdən qaçırmışdılar. Bu faktorun adı Əli Abdullah Saleh idi.

Təbii ki, Saleh özünün heç də demokratik inqilab nəticəsində hakimiyyətdən getmədiyini, geosiyasi oyunların qurbanına çevrildiyini anladı. Nəticədə ölkəsi işğal obyektinə çevriləcəkdi. Saleh buna imkan verməmək üçün hərəkətə keçdi və təbii ki, keçmiş prezident Tehranın bu məsələdə öz köməyini əsirgəməyəcəyini bilirdi. Nəticədə vaxtilə elə prezident Salehin zərərsizləşdirdiyi Husidlər fəallaşdırıldı və tez bir zamanda Yəmənin əsas şəhərlərində nəzarəti ələ keçirdilər. Husidlərin uğurunun əsas səbəbi yerli hərbi komandanların Yəmənin müdafiə nazirinin əmirlərinə deyil əzəli və əbədi liderləri olan Əli Abdullah Salehin əmrlərinə tabe olmaları idi.

Beləliklə, Səudiyyə Ərəbistanının Yəməni döyüşsüz ələ keçirmək planı baş tutmadı. Lakin səudilər geri də dura bilməzdi. Məhz buna görə Yəmənə qarşı genişmiqyaslı hərbi əməliyyatlara start verildi.

Ər-Riyadın qələbə qazanacağı böyük sual altındadır. Çünki faktik əlaraq Səudiyyə Ərəbistanı ilə Yəmən dövləti arasında tam gücü ilə müharibə başlayıb. Aviozərbələrlə Yəməndə hansısa infrastruktur obyektlərinə ziyan vurula bilər ancaq quru qoşunlarının Yəməndə qələbə qazanması inandırıcı səslənmir. Səudiyyə Ərəbistanından fərqli olaraq, yəmənlilər daimi müharibə şəraitində yaşamış və döyüşkən xalqdır. Bu müharibə heç bir savaşda iştirak etməmiş Səudiyyə Ərəbistanı ordusu üçün ancaq müsbət təcrübə keçmələrinə şərait yaradacaq.

Rusiyaya gəldikdə isə, Moskva təbii ki, Səudiyyə Ərəbistanının Yəməni nəzarətə götürməsini istəmir. Bu, Ər-Riyadın dünya neft bazarına təsini daha da artırır. Lakin digər tərəfdən Yaxın Şərqdə yeni müharibə ocağının yaranması və Misirin yerüstü əməliyyatlarda iştirak etmə perpektivləri Rusiyanın maraqlarına cavab verir. Belə ki, bu hadisələr dünya neft bazarında neftin qiymətinin artımına səbəb olur, eyni zamanda Misirin Səudiyyə Ərəbistanından aldığı kreditlər hesabına Rusiya silahını daha fəal almasına gətirib çıxarır.

Tofiq Əsgərov
AzVision.az üçün

Teqlər: