İŞİD İraqda partlayış törətdi - 80 ölü

İŞİD İraqda partlayış törətdi - 80 ölü
  22 Mart 2015    Oxunub:1396
İŞİD terror təşkilatının İraqın cənub-qərbində yerləşən Ənbar vilayətində törətdiyi partlayış nəticəsində onlarla əsgər ölüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətin mərkəzi Rəmadi şəhərində baş verən hadisə zamanı üç kamikadzenin partlayış törətdiyi bildirilir.

Rəsmi mənbələrin yaydığı məlumata görə partlayışın törədildiyi 8 mərtəbəli bina yerlə yeksan olub.

Eyni vilayətin Əlbu Hayis bölgəsində də partlayış törədilib. İraq ordusu əsgərlərinin qərargah kimi istifadə etdiyi şüşə fabriki və digər iki binaya hücum nəticəsində ən azı 80 əsgər ölüb.

AzVision.az


Teqlər:





Xəbər lenti