Tanınmış yumorist Arkadi Arkanov vəfat edib

Tanınmış yumorist Arkadi Arkanov vəfat edib
  22 Mart 2015    Oxunub:1730
Tanınmış yazıçı-yumorist Arkadi Arkanov vəfat edib.
AzVision.az-ın TASS informasiya agentliyinə istinadən xəbər verir ki, 82 yaşlı yazıçı Moskva xəstəxanalarının birində dünyadan köçüb.

Martın 14-dən onkoloji xəstəliyi səbəbindən sinəsində ağrılar başlayan A.Arkanov xəstəxanaya yerləşdirilib.

A.Arkanov 1933-cü il iyunun 7-də Kiyevdə doğulub. 20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifi olub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti