Rusiya Xəzərdə gücünü artırır

Rusiya Xəzərdə gücünü artırır
  16 Mart 2015    Oxunub:1609
Xəzərin hərbiləşmiş hövzə olmasına qarşı çıxan tərəflərin rəsmi bəyanatlarına baxmayaraq, bölgə dövlətlərinin hər biri dənizdə silahlanmaya meyllərini gizlətmirlər.

AzVision.az
-ın məlumatına görə, Xəzərdə onsuz da ən iri hərbi donanmaya malik Rusiya dənizdəki qüvvələrinin sayını atmağa başlayıb.

Artıq Rusiya 2015-ci ildə Xəzər donanmasının istifadəsinə 4 ədəd hərbi kater daxil edəcəyinə dair qərar verib. Sınaqlardan sonra katerlər donanmaya qəbul olunacaq.

Bu katerlərin sürəti 10 mil, üzmə uzaqlığı 200 mildir.

Xatırladaq ki, hələ ötən il Rusiya Xəzər flotiliyasının tərkibinə daha bir döyüş gəmisi daxil edilib. Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da 21631 "Buyan-M" layihəli kiçik raket gəmisi suüstü gəmilər briqadasının bazasına qəbul olunub.

"Velikiy Ustyuq" adlı gəmi Xəzər flotiliyasının tərkibində 21631 "Buyan-M" layihəli üçüncü gəmidir. Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınaraq Xəzər flotiliyası üçün xüsusi olaraq tikilən bu gəmilər ən çoxu 2 metr suya oturur. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi "Kalibr-NK" universal raket kompleksi ilə silahlandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti