`Kapitan Cek`in qolu sınıb

`Kapitan Cek`in qolu sınıb
  11 Mart 2015    Oxunub:8908
Hazırda `Karib Dənizinin Piratları` filminin 5-ci hissəsinin çəkilişləri gedir. `Ölülər nağıl danışmır` adlanan film 2017-ci ildə ekrana çıxacaq.

Avstraliyada gedən çəkilişlər zamanı Kapitan Cek-Sərçə rolunun ifaçısı, üçqat `Oskar` nominatı Conni Deppin qolu sınıb. Və o, çəkilişləri dayandıraraq, Amerikaya qayıtmalı olub.

`Disney` studiyası artıq bəyan edib ki, Deppin zədəsi çəkiliş prosesinə mane olmayacaq.

Qeyd edək ki, `Karib Dənizinin Piratları: Ölülər nağıl danışmır` filminin rejissorları norveçli Espen Sandberq və Yoahim Rönninqdir.

AzVision.az


Teqlər:





Xəbər lenti