`ASAN könüllüləri` tamaşa göstərdi – FOTOLAR

`ASAN könüllüləri` tamaşa göstərdi – FOTOLAR
  10 Mart 2015    Oxunub:2126
Bu günlərdə vətəndaşlara xidmətilə seçilən Gəncə “Asan xidmət”in könüllülərinin atdığı maraqlı bir addım rəğbətlə qarşılanıb.

Könüllülər yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesini səhnələşdirərək, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tamaşaçılara təqdim ediblər. Gənclərin aktyorluq bacarığı, səhnə mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə “Asan xidmət”in rəhbəri Elnur Rzayev, “Asan xidmət” könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan brendi olan “Asan xidmət”in uğurlu fəaliyyətindən, gənclərin intellektual səviyyələrinin yüksəldilməsində elm, təhsillə yanaşı milli- mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin də xüsusi önəm daşıdığını vurğulayıblar. Könüllülərin bu təqdirəlayiq addımını dəstəkləyərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti