Prezident və xanımı açılış mərasimində - FOTOLAR

Prezident və xanımı açılış mərasimində - FOTOLAR
  09 Mart 2015    Oxunub:2758
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Mərkəz haqqında məlumat verdi.

Bildirildi ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Diqqətə çatdırıldı ki, belə bir müasir kompleksin yaradılması “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

Qalereya




Teqlər:  





Xəbər lenti