Vaqif Mustafazadənin 75 illik yubiley qeyd olunacaq

Vaqif Mustafazadənin 75 illik yubiley qeyd olunacaq
  21 Mart 2015    Oxunub:2105
Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək.
Yubiley tədbirləri çərçivəsində martın 16-da Bakı Caz Mərkəzində də konsert proqramı təşkil olunacaq.

V.Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyəti tariximizin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirib. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub. (Azərtac)



Teqlər:  





Xəbər lenti