Qənirə Paşayevadan `Aşk başka...`

Qənirə  Paşayevadan `Aşk başka...`
  06 Mart 2015    Oxunub:3167
Qənirə Paşayevanın Türkiyə türkcəsində, nəfis tərtibatla işıq üzü görən kitabı “Aşk başka...” adlanır. “Astana Yayınları” tərəfindən nəşr edilən kitabda toplanmış seçmə şeirləri İmdat Avşar Türkiyə türkcəsinə uyğunlaşdırıb. Kitabın redaktorluğu (və yayın yönətmənliyi) isə Türkiyənin ustad şairlərindən Camal Safiyə aiddir.

Kitabda xanım Paşayevanın müxtəlif vaxtlarda yazdığı və fərqli nəşrlərdə öz əksini tapan şeirləri verilib. Kitabda ana xətti, sözün hər anlamında böyük hərflə başlayan Eşq təşkil edir – Vətən Eşqi, Yaradan və yaradılana Eşq...

“Önsöz”ü də ustad Camal Safiyə aid olan kitab, öz nəfis poliqrafiyası ilə də diqqəti cəlb edir.

Kitabdan iki “dördük” təqdim edirik:

Mona Lisa’nın Pabucu

Nutkuna sığmazsın hiçbir lisanın,
Yazamaz şair-i azamlar seni.
Pabucu damdaydı Mona Lisa’nın,
Keşfedebilseydi ressamlar seni!

Tanrı’nın Adaleti

Sen olmazdın Tanrı’nın adaleti şaşmasa,
Seni tarif mümkündü lisanları aşmasa,
Daha binlerce güzel yaratırdı sıradan
Seni yaratıyorken bu kadar uğraşmasa!

Kitab mart ayının 8-dən Türkiyənin kitab satış mərkəzlərində satışda olacaq. Həmçinin martın əvvəllərində qardaş ölkədə kitabın imza törəni və tanıtımı da həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti