“Bozun əlli çaları”nın aktyoru baş roldan imtina etdi

“Bozun əlli çaları”nın aktyoru baş roldan imtina etdi
  25 Fevral 2015    Oxunub:2895
Bu ilin ən səs-küylü filmlərində olan “Bozun əlli çaları” filmində Kristian Qrey rolunu ifa edən Ceymi Dornan trilogiyanın növbəti hissələrində çəkilməkdən imtina edib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, onun bu roldan imtina etməsinə səbəb Dornanın həyat yoldaşı Ameli Uornirdir.

Məlumata əsəsən “Bozun əlli çaları” filmi erotik səhnələrlə həddən artıq zəngin olduğundan Ameli həyat yoldaşının filmdə çəkilməsinə qarşı olduğunu bildirib.

Dornan artıq qərarı barədə filmin prodüserlərini də məlumatlandırıb. Prodüserlərin yaxın vaxtlarda ikinci və üçüncü filmlər üçün Kristian Qrey roluna yeni aktyor axtarışlarına başlayacağı vurğulanır.

"Bozun əlli çaları" — İngiltərə yazıçısı Erika Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı.

Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti