Fəxrəddin Manafov “Əli və Nino”ya çəkilir

Fəxrəddin Manafov “Əli və Nino”ya çəkilir
  23 Fevral 2015    Oxunub:4137
Azərbaycanın xalq artisti Fəxrəddin Manafov “Əli və Nino” romanı əsasında çəkiləcək filmdə iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ötən gün Leyla Əliyevanın da iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, filmin aktyor heyətinə dünyanın məşhur kino ulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar. Aktyor heyətinə Rikkardo Samariko, Humayon Erşardi, Assad Buab, Numan Akar da daxildir.

Qeyd edək ki, ekran işi Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında çəkiləcək.

Filmin icraçı prodüseri Leyla Əliyevadır.



Teqlər:  





Xəbər lenti