Oskar: Ən yaxşılar seçildi - FOTOLAR

Oskar: Ən yaxşılar seçildi - FOTOLAR
  23 Fevral 2015    Oxunub:5028
Hazırda Los-Ancelesdə 87-ci `Oskar` mərasimi davam edir. Tədbirin aparıcısı aktyor, `Sizin ananızla necə tanış olmuşam` serialından tanınan Nil Patrik Harrisdir.

AzVision.az xəbər verir ki, Alexandro Qonsales İnyarittu `ən yaxşı rejissor`, onun çəkdiyi `Bördmən` (Birdman) isə 2014-cü ilin ən yaxşı filmi seçilib.

Ən yaxşı qadın rolu üçün Culliana Mur, ən yaxşı kişi rolu üçün isə `Stiven Houkinqin kainatı` filmindəki roluna görə Eddi Redmeyn `Oskar` alıblar.

Ən yaxşı ikinci dərəcəli kişi rolu: J.K.Simmons (`Ehtiras`)

Ən yaxşı vizual effektlər: `İnterstellar`.

Gözlənilənlərin əksinə olaraq, `Leviafan` filminə `Oskar` verilmədi. Ən yaxşı xarici film: `İda` (Pavel Pavlikovski, Polşa)

Ən yaxşı musiqi: `Otel Qrand-Budapeşt` (Aleksandr Depl)

Ən yaxşı ikinci dərəcəli qadın rolu: Patrisiya Arkett (`Yeniyetməlik`)

Ən yaxşı animasiya filmi: `Qəhrəmanlar şəhəri`

Ən yaxşı sənədli film: Edvard Snoudendən bəhs edən `Vətəndaş dörd` filmi (rejissor: Lora Poytras)

Ən yaxşı orijinal ssenari: `Bördmən`

Ən yaxşı adaptasiya olunmuş ssenari: `İmitasiya oyunu`

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti