Sarkisyan Türkiyəni hədələdi

Sarkisyan Türkiyəni hədələdi
  16 Fevral 2013    Oxunub:2358
“Ankara protokolların ratifikasiyasını ləngitməyə davam edərsə, İrəvan Türkiyə ilə imzalanmış sənədlərdən imtina edəcək”.
Bunu Ermənistan prezidenti Serj Sarkisyan «Qolos Rossii» radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə sənədləri ratifikasiya etməsə, Ermənistan protokolların ratifikasiyası məsələsini parlamentinin gündəliyindən çıxararaq, onun imzasını etibarsız saya bilər: “Bu baş verərsə və gələcəkdə rəsmi Ankara bu sazişləri yenidən imzalamaq fikrinə düşərsə, yeni danışıqlar aparılacaq, yeni şərtlər olacaq”.

S.Sarkisyan qeyd edib ki, 2009-cu ildə imzalanan və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını da nəzərdə tutan Ermənistan-Türkiyə sazişlərinin tərəfdarıdır.
Qeyd edək ki, Sürixdə imzalanan protokollar hələlik iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmayıb.



Teqlər:





Xəbər lenti