Azərbaycanda 28 mindən çox işsiz var

Azərbaycanda 28 mindən çox işsiz var
  17 Dekabr 2014    Oxunub:1499
Azərbaycandakı işsizlərin rəsmi statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2014-cü il dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 28,9 min nəfər olub, onların 39,6 faizini qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği 282,6 manat olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti