Rəsmi Bakıdan terror bəyanatı

Rəsmi Bakıdan terror bəyanatı
  17 Dekabr 2014    Oxunub:1558
Azərbaycan Respublikası dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzimlidir".


Teqlər:  





Xəbər lenti