Ziya Bünyadov prospekti açıldı

Ziya Bünyadov prospekti açıldı
  16 Dekabr 2014    Oxunub:1108
Ziya Bünyadov prospektinin əsas yolu bütünlüklə sürücülərin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzVision.az-a bildirib ki, artıq bu gün 16:40-dan Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsi açılıb.
Bununla da Ziya Bünyadov prospektinin hər iki istiqamətə əsas yolu açılıb. Hazırda köməkçi yollarda son tamamlanma işləri aparılır.
Yaxın günlərdə onlar da istifadəyə veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti