“Azərbaycanda neftin qiymətinin düşməsini bir adam hiss etməyəcək”

“Azərbaycanda neftin qiymətinin düşməsini bir adam hiss etməyəcək”
  17 Dekabr 2014    Oxunub:2056
"İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var".

AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində keçirilən ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var: "İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır: "Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir".

AzVision.az


Teqlər:  





Xəbər lenti