Bufeti “kvartirant” verilən məktəblə bağlı RƏSMİ AÇIQLAMA

Bufeti “kvartirant” verilən məktəblə bağlı RƏSMİ AÇIQLAMA
  16 Dekabr 2014    Oxunub:2827
Bu gün mətbuatda Nizami rayonu 10 saylı orta məktəbin bufetinin kirayə verilməsi ilə bağlı məlumatlar öz əksini tapıb. Bildirilib ki, məktəbin direktoru bufeti 50 manata icarəyə verib.
AzVision.az xəbər verir ki, bu məsələyə Bakı Şəhəri üzrə Təhsil İdarəsi də münasibət bildirib. İdarədən sorğumuza cavab olaraq, bildirib ki, yayılan xəbər yalandır:

“Yazıda qeyd olunan faktlar həqiqətə uyğun deyil. Bu, kiminsə uydurma fantaziyasıdır. Bu məsələni yerində araşdırmaq istəyən media orqanı təhsil müəssisəsinə baş çəkə bilər”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti