Kursantlar cərimə edilməyəcək - DƏYİŞİKLİK

Kursantlar cərimə edilməyəcək - DƏYİŞİKLİK
  16 Dekabr 2014    Oxunub:2289
Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları ictimai işlərə və inzibati cəriməyə cəlb edilməyəcəklər.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib.

İXM-in 15.3-cü maddəsinə ediləcək əlavəyə görə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursanlarına ictimai işlər və və inzibati cərimə tətbiq edilə bilməz. Xüsusi təyinatlı təhsil müəssisələrinin kursanlarına ictimai işlərə cəlb edilə bilməməsi 28-1.3.5-ci maddədə də əks olunub.

15.3-cü maddənin “Qeyd” hissəsinə edilən əlavəyə görə isə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursanları da hərbi qulluqçu hesab ediləcəklər.

Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti