“Həmsədrlər sülhə zərbə vururlar” - Deputat

“Həmsədrlər sülhə zərbə vururlar” - Deputat
  16 Dekabr 2014    Oxunub:1596
“ATƏT-in Minsk qrupu həmsədrləri erməni separatçılarının işğalı altındakı ərazilərə Ermənistandan səfər etməklə sülhə və qarşılıqlı etimada ağır zərbə vururlar”.
AzVision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında millət vəkili Bəxtiyar Əliyev belə deyib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağı işğal altında saxlayan separatçı rejimə hər il maliyyə yardımı ayırır:

“Hansi ki, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə açıq-aydın formada qeyd olunub ki,Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Bu gün isə ABŞ həmin separatçı rejimə maliyyələşdirir. Məhz belə hallar sülh danışıqlarını dalana dirəyib. Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri daimi qeyd edirlər ki, tərəflər arasında qarşılıqlı etimad yaradılmalıdır. Amma nədənsə özləri bu istiqamətdə heç bir iş görmürlər, əksinə vəziyyəti daha da qəlizləşdirirlər, işğal altındakı ərazilərə Ermənistandan səfər edirlər. Bu vəziyyəti aradan qaldırmaq lazımdır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti