`Avtobus sürücüləri narkotikdən istifadə edirlər`

`Avtobus sürücüləri narkotikdən istifadə edirlər`
  16 Dekabr 2014    Oxunub:1624
“Bəzi avtobus sürücüləri 16 saat işləyirlər. Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri həmin yorğunluqlarını aradan qaldırmaq üçün narkotik vasitələrdən istifadə edirlər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərinə görə, xarici ölkələrdə nəqliyyat vasitəsini sürətlə idarə edənlər cinayət məsuliyyətinə cəlb edilir:

“Xaricdə olarkən avtobusdan istifadə elədik, gördüm ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məlum oldu ki, sürücüdə xüsusi kart var və bu kart avtobusun içində quraşdırılan cihazda qeydiyyatdan keçir. Bu o deməkdir ki, əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istifadə etsə, bu zaman yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycandan da bu məsələyə baxılmalıdır. Onun fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırmalıdır:

“Polis nə qədər fəaliyyət göstərsə də, bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti