Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
  16 Dekabr 2014    Oxunub:1602
Yaxın iki gün ərzində Azərbaycanda mülayim hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, dekabrın 17-də gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 17-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lənkəran və Astara bölgəsində az yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, 3-8 dərəcə isti gözlənilir.


Teqlər:





Xəbər lenti