Dövlət əmlakının sayı artırıldı - SİYAHI

Dövlət əmlakının sayı artırıldı - SİYAHI
  16 Dekabr 2014    Oxunub:2051
Azərbaycanda dövlət əmlakı hesab olunan yolların, körpülərin və digər infrastrukturların sayı artırılır.
AzVision.az xəbər verir ki, bu barədə məsələ “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən, ümumi istifadə olunan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxil edilir.

Xatırladaq ki, mövcud qanunda yalnız dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxildir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:





Xəbər lenti