Oqtay Əsədov: “Milyonlarla pul qazanırlar, xərcləməyə xəsislik edirlər”

Oqtay Əsədov: “Milyonlarla pul qazanırlar, xərcləməyə xəsislik edirlər”
  16 Dekabr 2014    Oxunub:3482
Milli Məclisin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az xəbər verir ki, məsələ ilə bağlı deputat Fəzail Ağamalı çıxış edib. O qeyd edib ki, sığortanın məcburi olması vətəndaşlar üçün problemlər yaradır:

“Sığortalar kommersiya bankları kimi Azərbaycan xalqının qanını sorur. Kimsə maşın, ev alanda onu məcbur edirlər ki, sığorta müqaviləsini alsın. Bu isə əlavə problemlərə səbəb olur. Digər tərəfdən, sığorta şirkətləri dəyən ziyanı ödəməkdə də problemlər yaradır”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu sahədə həqiqətən problemlər mövcuddur:

“Bu gün sığorta sahəsində ciddi problemlər var. Bununla bağlı xeyli sayda şikayət məktubları daxil olur. Ümumiyyətlə, dünyada sığorta şirkətləri pul qazanmaqla məşğuldur. Onlar milyonlarla pul qazanmaqlarına baxmayaraq, həmin pulu xərcləməyə xəsislik edirlər. Düşünürəm ki, Azərbaycanda da bu məsələyə yenidən baxmaq lazımdır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti