“Teymurləng bunların yanında heç nədir” – Siyavuş Novruzov

“Teymurləng bunların yanında heç nədir” – Siyavuş Novruzov
  16 Dekabr 2014    Oxunub:2205
“Niyə bizə dərs öyrətməyə çalışan “Freedom house” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərinin Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.

Deputat Qərb dairələrinin Azərbaycana qarşı biganəliyindən gileylənib:

“Təsadüfi deyil ki, ABŞ-ın keçmiş mərkəzi kəşfiyyat idarəsinin rəisi, həm də vitse-prezidenti etiraf edir ki, terrorun qarşını almaq üçün işgəncələrə əl atmışıq. O zaman ortaya sual çıxır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz?

Okeanın o tayında baş verən hansısa hadisəni araşdrımaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan “Freedom house” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərinin Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”

Millət vəkili qeyd edib ki, tarix boyu Teymurləngi işgəncə verən kimi qələmə veriblər:

“Lakin Teymurləng bunların yanında heç nədir. Hər zaman sonradan məlum olurdu ki, işgəncə verilən insanların əksəriyyəti günahsız olub. Bəs, bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası? Bilirsiniz ki, adətən Amerikada Milad bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib və qara dərililərin soyqırımına başlayıblar. Gün ərzində təxminən 80-nə yaxın insan qətlə yetirilir”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti