`Benzinin qiyməti ucuzlaşmalıdır`- Deputat

`Benzinin qiyməti ucuzlaşmalıdır`- Deputat
  16 Dekabr 2014    Oxunub:1871
“Dünyada neftin qiyməti hər keçən gün ucuzlaşır. Hazırda neftin qiyməti 60 dollara yaxınlaşıb”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, qonşu ölkələrdə benzinin qiyməti aşağı düşüb:

“Bunu ölkəmizdə də gözləsək də hələki enmə baş vermir. Tarif Şurası bu məsələyə baxmalıdır. Benzinin qiymətində müəyyən dəyişiklik etməyə ehtiyac var. Biz “Premium-95” benzinini aldığımız ölkələrdə benzinin qiyməti ucuzlaşıb. Amma ölkəmizdə qiymətin enməsi müşahidə olunmur”.

Daha sonra millət vəkili Dağ Yəhudiləri dini icmasının sədri Boris Simanduyevin evinə basqın edilməsi ilə bağlı fikirlərini bildirib. Milli Məclisin üzvü bildirib ki, bəzi mətbuat orqanları bu məsələyə başqa istiqamətdən yanaşır:

“Bu məsələni çox ciddi araşdırdıqları üçün Daxili İşlər Nazirliyinə, Baş prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə öz təşəkkürümü bildirirəm. Bu sırf oğurluq hadisəsi idi. Qrupun başında dayanan şəxsin özü belə Qubada yaşayan yəhudi idi. Bu məsələyə başqa istiqamətdən yanaşılması düzgün deyil”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti