Sürücülərə şad xəbər-Ziya Bünyadov prospekti açılır

Sürücülərə şad xəbər-Ziya Bünyadov prospekti açılır
  16 Dekabr 2014    Oxunub:2068
Bu gün Bakı şəhəri Ziya Bünyadov prospektində Müzəffər Nərimanov küçəsindən Böyük Şor qovşağına qədər olan hissənin təmir işləri yekunlaşır.
Bu barədə AzVision.az-a"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O, bildirib ki, Müzəffər Nərimanov küçəsindən Böyük Şor qovşağına qədər olan hissənin asfalt-beton örtüyü vurulub və hazırda yolun nişanlanma xəttləri vurulur.
P.Mürsəliyevin sözlərinə görə, avtomobil yolunun axşam saatlarına qədər sürücülərin istifadəsinə veriləcəyi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti