Bakı sakinlərinin nəzərinə: su olmayacaq

Bakı sakinlərinin nəzərinə: su olmayacaq
  16 Dekabr 2014    Oxunub:1617
Bakının bəzi ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq.
Bakı şəhəri Salatın Əsgərova küçəsində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar bir neçə rayonda içməli suyun verilişi dayandırılacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 16 dekabr 2014-cü il tarixdə gün ərzində Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Bülbül və Xətai prospektləri, S. Əsgərova, S.Vurğun, A.Qurbanov, C.Məmmədquluzadə, S.Rəhimov, Topçubaşov, R.Rza, Mərdanov qardaşları küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az



Teqlər:





Xəbər lenti