Səfir Bakıda futbol oynadı - Video

Səfir Bakıda futbol oynadı - Video
  15 Dekabr 2014    Oxunub:1294
Böyük Britanıyanın ölkəmizdəki səfiri yaşıl meydançada özünün futbol oynamaq bacarığını nümayiş etdirib.
ANS TV-nin məlumatına görə, birinci dünya müharibəsi dövründən təməli qoyulan Sülh Futbolu bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda da keçirildi.

13 yaşlılar arasında keçirilən oyunda Böyük Britaniya səfiri özü də şəxsən yaşıl meydandadır. Və həmin 13 yaşlılarla birlikdə futbol oynayır və 10 nömrə altında öz fəaliyyətini yaşıl meydanda göstərir.

“Qarabağ” və “Britaniya” klubları adlandırılan komandalar arasında keçirilən yarış sonra səfir İrfan Sıddıq oyunun tarixi haqqında geniş məlumat verdi.

"1914-cü ildə Milad bayramı ərəfəsində müharibənin getdiyi bir vaxtda belə bir yarış keçirilib. Bu yarış Britaniya və Almaniya əsgərləri arasında baş tutub. İndi dünyanın hər yerində keçirilir. Nəhayət biz Azərbaycanda da bunu təşkil etdik".

Sülh Futbolunun 100 illiyinə həsr olunan yarış bərabər hesabla başa çatdı.







Teqlər:  





Xəbər lenti