Krımın ilhaqında `neft izi` - TƏHLİL

Krımın ilhaqında `neft izi` - TƏHLİL
  02 Dekabr 2014    Oxunub:3265
Ukraynada baş verən hadisələrin çox səbəbləri var. Bunlardan biri də Krımdan neft qoxusunun gəlməsidir. Daha dəqiq desək, rəsmi Moskva Krımı ilhaq etməklə oradan keçə biləcək neft-qaz xətlərinə nəzarət imkanı qazanır və bölgənin neftinə sahiblənir.

Ümumiyyətlə, `şimal ayısı`nın məqsədi regionda Rusiyasız enerji projelərinin reallaşmasını əngəlləməkdir. Rusiyanın Avropanı boyun əyməyə məcbur edəcək bircə silahı var, bu da enerji asılılığıdır. Qoca qitənın enerji təminatı 46% Rusiyadan asılıdır. Bura neft, neft məhsulları, qaz və kömür daxildir. Avropanın enerji təminatına kompleks baxdıqda Rusiyadan 70% asılılıq görmək mümkündür.

2013-cü ildə Azərbaycandan Avropaya enerji ötürülməsində Krımın tranzit rolu oynaya biləcəyi təklif olunmuşdu. Həmçinin Krımın şimalında Azərbaycan tərəfinin təklifilə neft müəssisəsinin yaradılması haqda müəyyən razılığa gəlinmişdi.

İndi Krımda Ukraynanın `Naftoqaz` şirkətinə aid olan `Chornomornaftogas` da daxil olmaqla, digər enerji şirkətləri özəlləşdiriləcək. Bu, Ukraynanı Qara dənizdəki neft-qaz qaynaqlarından tamamilə uzaqlaşdırmaq məqsədi güdür. Məsələnin ciddiliyini başa düşmək üçün təkcə `Chornomornaftogas` şirkətinin 66 milyard kub kilometr təbii qaz istehsal etdiyini bilmək kifayətdir.

Avstriyanın enerji nəhəngi OMV Krımdakı olaylarla əlaqədar neft çıxarmanı dayandırıb. OMV-nin ardınca ABŞ-ın neft konsorsiumu `Exxon Mobile` və İtaliyanın enerji nəhəngi `Eni` də eyni addımı ataraq, Qara dənizdə neft-qaz çıxarma prosesini dayandırdılar.

Rusyadan enerji asılılığını azaltmaqdan ötrü Ukrayna ABŞ-ın enerji şirkəti `Exxon Mobil`lə birgə 2015-ci ildə Krım sahillərindən 26 milyard kub km. qazın çıxarılması ilə bağlı müqavilə də imzalanmışdı.

Qara dənizin Krım hissəsi enerji resurları ilə zəngin bir bölgə kimi tanınır. Royal Dutch, Shell, OMV və NAK Nadra (Ukrayna) enerji şirkətləri Qara dənizdə neft-qaz hasil etməklə bağlı əməkdaşlığa başlamışdılar. Bu müqavilənin ümumi dəyəri 735 milyon $ idi.



`Eni` şirkəti hələ 2013-cü ildə Krımda neft-qaz araşdırmalarını başlamışdı və bu araşdırmada 50% payı vardı. Fransanın `Electricite de France` şirkəti 5%, Ukraynanın `Vody Ukrainy` 35% və `Chornomornaftogas` 10% paya sahib idilər.

Krımdan sonra Rusiyanın maraq göstərdiyi digər Ukrayna ərazisi də Şərqi Ukraynadır, çünki orada böyük həcmdə metan qazı istehsal olunmaqdadır. Hətta, dünyadakı metan qazın 4%-i Şərqi Ukraynanın payına düşür.

Bütün baş verən olayları nəzərə alaraq söyləmək olar ki, Krımın ilhaqı Rusiyanın regionda geoenerji üstünlüyün də yüksəlişi idi, çünki oranın işlənməmiş neft-qaz yataqları və tranzit imkanları Rusiyaya keçdi.

Fərrux Həsənov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti