34 yaşlı ana özünü asdı
Bu barədə onun ailə üzvləri səhər saat 9:00 radələrində Xaçmaz rayon polis şöbəsinin Xudat bölməsinə xəbər veriblər.
Hadisə yerinə polis və Xaçmaz rayon Prokurorluq əməkdaşları gəlib. Mərhumun meyidi tibbi ekspertiza üçün morqa aparılıb. Faktı Xaçmaz rayon prokurorunun böyük köməkçisi Əlibaba Şahvələnov təsdiqləyib.
Qeyd edək ki, mərhumun məktəbli övladları var. Onlar dindirilmə zamanı analarının heç bir problem olmadığını deyiblər. (ANS)