42 yaşlı qadının qatili sevgilisi imiş...
“Mübahisə yaranmış və Rauf Əliyev üzərində olan bıçaqla Svetlana Mayılovanı boğaz nahiyəsindən vuraraq qətlə yetirib. Rauf hadisədən 4 gün sonra meyiti həmin ünvandan götürərək atasına məxsus “QAZ 24” markalı avtomobillə Goranboy rayonun Qaradağlı kəndinə aparıb və nənəsinə məxsus evin tövləsində basdırıb".
Cinayətin izinə düşən polis mərhumun kənddə dəfn olunan meyitini aşkar edərək çıxarıb və ekspertizaya təqdim edib. Qətli törətməkdə təqsirləndirilən Rauf Əliyev Svetlana Mayılova ilə uzun müddətdir ki, münasibətdə olduqlarını və onu öldürmək niyyətində olmadığını bildirib.
“Münasibətimiz çoxdan var idi. Söyüş söydü, ona görə vurdum, öldü”.
Hazırda polis tanışlar arasında ölümlə nəticələnən mübahisəyə nəyin səbəb olduğunu və saxlanılan Rauf Əliyevin başqa cinayət əməllərində iştirakının olub-olmamağını araşdırır.