Ramil Usubovdan daha bir təyinat

Ramil Usubovdan daha bir təyinat
  29 Noyabr 2014    Oxunub:2455
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
AzVision.az-ın "Report"a istinadən verdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən çıxarılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiq edib.

Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.


Teqlər:





Xəbər lenti